"Real" və "Milan" yarımfinalda - YENİLƏNİB

02:00 - 19 Aprel 2023

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

Sportal.az xəbər verir ki, "Real" "Çelsi"nin qonağı olub. "Kral klubu" Madriddə keçirilən ilk görüşdə rəqibinə 2:0 qalib gəlmişdi. Bu dəfə isə İspaniya nəhəngi səfərdə rəqibini məğlub edib. 

Mərhələnin digər oyunu isə İtaliyada keçirilib. "Napoli" "Milan" səddini keçməyə çalışsa da, "rossonyerlər" heç-heçə edərək yarımfinala adlayıb. 

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

"Çelsi" (İngiltərə) - "Real" (İspaniya) 0:2 

Qollar: Rodriqo, 58, 80
İlk oyun - 0:2

"Napoli" (İtaliya) - "Milan" (İtaliya) 1:1

Qollar: Osimhen 90+3 - Olivye Jiru, 42
İlk oyun - 0:1

Xəbər xətti