"Napoli"nin baş məşqçisi Luçano Spaletti komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin "Milan"la bu gün keçiriləcək cavab oyununa hazırlığından danışıb.
Sportal.az "Football Italia" portalına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis komandasının yarımfinala adlayacağına inandığını bildirib:
"Məni yalnız növbəti mərhələyə yüksəlməyimiz qane edəcək. İstənilən yaxşı performans kiçik bir təsəlli olacaqdır. İlk oyundakı kimi oynamalıyıq. Cavab matçında da komandamdan bunu gözləyirəm.
Keyfiyyətli, intensiv oynamalı, boş zonalar axtarmalı, onlardan istifadə etməli, özümüzə qol şansları yaratmalıyıq. Biz futbol oynamağa ehtiyacı olan komandayıq, özbaşına oyunu dəyişə biləcək o qədər futbolçumuz yoxdur. Daha çox komanda işinə köklənmişik. Əlavə vaxt və penaltilər seriyası? Hər şeyə hazır olmağa çalışırıq. Hazırda bir neçə futbolçumuz yoxdur. Penaltiləri məşq etdik. Fikrimcə, penalti seriyasında birinci olmaq daha yaxşıdır".
"Napoli" - "Milan" görüşü bu gün Bakı vaxtı ilə 23:00-da keçiriləcək. "San Siro"da keçirilən ilk matçı milanlılar 1:0 qalib gəlmişdi.
saytlarin hazirlanmasi