"Milan" bunu 16 ildən sonra etdi

11:58 - 19 Aprel 2023

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Napoli" ilə cavab qarşılaşmasında 1:1 hesablı bərabərliyə imza atan "Milan" yarımfinala vəsiqə qazanmış olub.

Sportal.az xəbər verir ki, "rossonyerlər" evdə rəqibinə 1:0 qalib gəlmişdi. İki oyunun nəticəsinə görə milanlılar yarımfinala adlayıb və belədə, 16 illik həsrətə son qoyub.

İtaliya nəhəngi son dəfə 16 il öncə Çempionlar Liqasının yarımfinal mərhələsində oynamışdı. 

Belə ki, onlar 2007-ci ildə finalda "Liverpul"u məğlub edərək ÇL-in qalibi olmuşdu.

 

Xəbər xətti