"Mançester Siti" və "İnter" yarımfinalda - YENİLƏNİB

00:59 - 20 Aprel 2023

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Sportal.az xəbər verir ki, yarımfinala vəsiqə qazanan daha iki komandanın kimliyinə aydınlıq gələcək. 

"İnter" "Benfika"nı qəbul edəcək. "Nerazzura" səfərdə 2:0 qalib gəldiyi rəqibi ilə bu dəfə Milanda üz-üzə gələcək.

"Mançester Siti" isə Münhendə "Bavariya"nı sınağa çəkəcək. İngiltərədə keçirilmiş ilk görüşdə "şəhərlilər" 3:0 hesabı ilə məğlub etmişdi.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

19 aprel

23:00. "Bavariya" (Almaniya) - "Mançester Siti" (İngiltərə) 1:1

Qollar: Coşua Kimmix, 83 - Erlinq Haaland, 57
İlk oyun – 0:3

23:00. "İnter" (İtaliya) - "Benfika" (Portuqaliya) 3:3

Qollar: Nikolo Barella, 14, Lautaro Martines, 66, Xoakin Korrea, 78 - Fredrik Orsnes, 38, Antonio Silva, 86, Petar Musa, 90+5
İlk oyun – 2:0

Xəbər xətti