"Bavariya"nın idman direktoru Hasan Salihamiciç Çempionlar Liqasının 1/4 final mərhələsinin "Mançester Siti" ilə cavab oyunun (1:1) baş hakimi Klement Turpinin işindən narazı qalıb.
Sportal.az xəbər verir ki, bosniyalı futbol adamı "Bayern & Germany" portalına açıqlamasında fransalı referi barədə bunları deyib:
"Baş hakim oyunu yaxşı idarə etməsə də, biz özümüz normal oynadıq. Daha çox qol vurmalıydıq. Levandovskini əvəzləmək? Keçmiş məşqçilər korpusu da daxil olmaqla, komandanı hamımız birlikdə qururduq. Bu yay hücumçu məsələsi üzərində işləyəcəyik”.
saytlarin hazirlanmasi