"İnter"in baş məşqçisi Simone İnzaqi komandasının Çempionlar Liqasının yarımfinal mərhələsinə qədər irəliləməsi haqda danışıb.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının "Benfika" səddini keçməsini şərh edib:
"İnanılmaz dərəcədə xoşbəxtik. "İnter"də hər kəs üçün vacib bir axşam oldu. "Benfika" kimi yaxşı, güclü rəqibə qarşı iki möhtəşəm oyun keçirdik. Onlar bizimlə görüşə qədər 8 ay ərzində cəmi iki dəfə uduzmuşdular. Yarımfinal bizim üçün xəyal idi. Amma indi biz buradayıq. Yarımfinal görüşlərində düzgün oynamağa çalışacağıq".
Xatırladaq ki, "İnter" 1/4 final mərhələsinin "Benfika" ilə görüşlərində Portuqaliya 2:0 qalib gəlib, evdə rəqibi ilə 3:3 oynayıb.
saytlarin hazirlanmasi