“Sevilya”nın hücumçusu Erik Lamela Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Mançester Yunayted" üzərində qazanılan qələbəni (3:0) şərh edib.
Sportal.az “UEFA”ya istinadən xəbər verir ki, argentinalı komandasının yarımfinala adlaması haqda bunları deyib:
“Mançester Yunayted”ə qarşı cavab matçına final kimi yanaşmışdıq. Matçdan əvvəl özümüzə deyirdik ki, azarkeşlərimiz qarşısında simamızı itirə bilmərik. Sona qədər mübarizə aparacağımıza söz verdik və meydana çıxıb qalib gəldik. Yarımfinala çıxdığımıza görə şadam”.
saytlarin hazirlanmasi