"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunundakı “Sevilya”ya məğlubiyyəti (0:3) şərh edib.
Sportal.az xəbər verir ki, UEFA-ya danışan braziliyalı bəhanə axtarmamalı olduqlarını bildirib:
“Rəqib bütün matçboyu bizdən üstün oldu. “Old Trafford”da daha yaxşı çıxış edə bilərdik. Çünki orada əla oynamışdıq. 3:0, hətta 4:0 hesabı ilə önə keçə biləcəyimiz matç idi. Lakin intriqanı öldürə bilmədik. Heç bir bəhanə ola bilməz, çünki biz “Mançester Yunayted”i təmsil edirik. “Sevilya” çempionatda yaxşı çıxış etməsə də, burada oynamaq çox çətin olduğunu bilirdik. Sadəcə yaxşı oynamadıq”.
saytlarin hazirlanmasi