Çempionlar Liqası final matçının biletləri satışa çıxdı

16:17 - 21 Aprel 2023

UEFA Çempionlar Liqasının final matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq dəyişir. I kateqoruya 690 avro, II kateqoriya 490 avro, III kateqoriya 180 avro, IV kateqoriya biletlərin qiyməti isə 70 avrodur.

Qeyd edək ki, Çempionlar Liqasının finalı 10 yun tarixində İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Turnirdə finala çıxmaq üçün "Real" "Mançester Siti" ilə, "İnter" isə "Milan"la qarşılaşacaq.

Xəbər xətti