Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Real"ın futbolçusu Federiko Valverde layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı yarımmüdafiəçi səsvermədə Rafael Leao ("Milan"), Kevin De Brüyne ("Mançester Siti") və Lautaro Martinesi ("İnter") qabaqlayıb.
Qeyd edək ki, Federiko Valverde "Real"ın "Çelsi"ni 2:0 hesabı ilə məğlub etdiyi görüşdə 90 dəqiqə meydanda olub. 24 yaşlı futbolçu komandasının ikinci qolunun məhsuldar ötürməsini edib.
saytlarin hazirlanmasi