"Milan" Çempionlar Liqasının yarımfinal mərhələsindən öncə ciddi itki ilə üz-üzə qalıb.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "rossonyerlər"in aparıcı üzvü Rafael Leao zədələnib.
Portuqaliyalı futbolçu İtaliya A Seriyasının 34-cü turunun "Latsio" ilə görüşündə zədələnib və sıradan çıxıb.
"Milan" ÇL-in yarımfinalında mayın 10-da "İnter"lə üz-üzə gələcək.
saytlarin hazirlanmasi