Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Sportal.az xəbər verir ki, ilk oyun günündə bir oyun keçiriləcək.

"Real" "Mançester Siti"ni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Yarımfinalın digər matçı isə sabah "Milan" və "İnter" komandaları arasında keçiriləcək. 

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun

9 may

23:00 "Real" - "Mançester Siti" 1:1

Qollar: Vinisius, 36 - Kevin de Bruyne, 68

Baş hakim: Artur Diaş (Portuqaliya)