“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının yarımfinalında "İnter"lə oyundan əvvəl komandasının şanslarından danışıb.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandanın aparıcı futbolçusu Rafael Leaonun oynayıb-oynamayacağı barədə fikirlərini bildirib:
“Rafael Leaoya baxacağıq. Özünü yaxşı hiss etsə, start heyətinə düşə biləcək. Yoxsa, ehtiyat oyunçular skamyasında belə yer almayacaq. Aydındır ki, riskə gedə bilmərik. Bu gün o, planlaşdırılanı etdi. sabah necə olacağına baxacağıq.Son dörd oyunda gördüyümüz kimi, Çempionlar Liqasını komanda şəklində oynamaq lazımdır. Möhtəşəm nəticə əldə etmək üçün inanılmaz səylər göstərməliyik və biz bunu etməyə çalışacağıq. Ümid edirəm ki, futbolçuları oyuna düzgün hazırlaşdıra bilmişəm. Yalnız bundan sonra sevinib, əylənə biləcəyimizi demişəm".
saytlarin hazirlanmasi