"Arsenal"ın keçmiş baş məşqçisi, hazırda FİFA müşaviri Arsen Venger bildirib ki, "Mançester Siti"nin Çempionlar Liqasının ilk yarımfinal görüşündə "Real"a vurduğu (1:1) cavab qolunun hesaba alınmamalı idi.
Sportal.az "beIN Sports"a istinadən xəbər verir ki, fransalı mütəxəssis Kevin De Bruynenin vurduğu qoldan bir neçə saniyə əvvəl topun auta çıxdığını iddia edərək bunları deyib:
"VAR "Mançester Siti"nin vurduğu qolun doğru olub-olmadığını yoxlamalı idi. Düşünürəm ki, belə vəziyyətdə onlar müdaxilə etməliydi. Sadəcə onlar qolu yoxlamaq üçün epizodu yetərincə geri çəkmədilər".
Xatırladaq ki, Madriddə keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb. Bir həftdə sonra isə komandalar Mançesterdə üz-üzə gələcək.
saytlarin hazirlanmasi