Modriç: "İlk oyunda heç nəyin həll olunmayacağına şübhə etmirdik"

11:47 - 10 May 2023

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında “Mançester Siti” ilə heç-heçə oynamaqları (1:1) haqda fikirlərini bildirib.

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, xorvatiyalı hər şeyin cavab matçında həll olunacağını deyib:

"Fasildə nəyisə düzəltməliydik. Məşqçi bizdən topa daha çox sahib olmağımızı və təşəbbüsə yiyələnməyimizi istədi. Ona görə də Kamavinqa meydanın mərkəzini daha tez-tez keçməyə başladı və bu, yaxşı nəticə verdi. Biz daha yaxşı nəticəyə layiq idik. Lakin biz ikinci oyuna da eyni inamla və səfərdə qalib gəlmək üçün nikbin yanaşacağıq. Komandaların heç biri üstünlük əldə edə bilmədi. Şanslar yenə də açıq qalıb. İlk oyunda heç nəyin həll olunmayacağına şübhə də etmirdik. Hər şey cavab oyununda aydınlaşacaq".

Xəbər xətti