"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş Çempionlar Liqasının ilk yarımfinal matçında "Real"la Madriddəki heç-heçəni (1:1) şərh edib.
Sportal.az xəbər verir ki, UEFA-ya danışan ingiltərəli futbolçu bu cür oyunların iştirakçısı olmağı həmişə arzuladığını bildirib:
"Oyundan əvvəl anam mənə mesaj yazdı ki, "uşaqlıqdan bəri belə gecələr xəyal edirsən". Bu, doğrudur. Hər zaman avrokubokların bu mərhələsində oynamaq istəmişəm. Bütün dünyanın izlədiyi Çempionlar Liqasının yarımfinal mərhələsinin oyununda oynamaq gözəldir. Həyəcanlı deyildim, amma nə baş verdiyini anlamırdım. Həqiqətən çox xoşbəxt idim".
saytlarin hazirlanmasi