"Milan"ın hücumçusu Olivye Jiru Çempionlar Liqasının yarımfinalında "İnter"ə qarşı keçirəcəkləri oyundan əvvəl Avropanın əsas kubokunu qazanmaq üçün inanılmaz dərəcədə motivasiyalı olduğunu deyib.
Sportal.az xəbər verir ki, UEFA-ya danışan fransalı forvard Milan derbisini qazanmaq iddiasında olduqlarını söyləyib:
"Derbilər həmişə xüsusi matçlardır. Komandamızla çox qürur duyuram və ümid edirəm ki, bu gün biz əla performans göstərəcəyik. Biz daha böyük uğurlara qadir olduğumuzu bilirik, amma hamı 110 faizini meydanda verməlidir. Mən həmişə pozitiv olmağa və komanda yoldaşlarımı sevindirməyə çalışıram. Bu gün mən həmişəkindən daha çox motivasiyalıyam. Çempionlar Liqasını qazanmaq üçün inanılmaz şansım var. 37 yaşındayam, lakin cavan oğlan kimi motivasiyalıyam".
Çempionlar Liqasının yarımfinal mərhələsinin "Milan" - "İnter" görüşünə bu gün Bakı vaxtı ilə 23:00-da start veriləcək.
saytlarin hazirlanmasi