"İnter"in hücumçusu Edin Dzeko İtaliya klubundakı durumundan danışıb.
Sportal.az xəbər verir ki, UEFA-ya danışan bosniyalı Çempionlar Liqasını qazanmaq istədiklərini bildirib:
"İnter"dəki ikinci ilimdir. Biz artıq üç kubok qazanmışıq. Keçən mövsüm İtaliya kubokunu qazanmışdıq və yenidən finalda oynayacağıq. Heyf ki, ötən mövsüm çempionluğu qazana bilmədik. Bilirik ki, bu mövsüm də bunu bacarmayacağıq. Digər tərəfdən, Çempionlar Liqasının yarımfinalındayıq. "İnter" uzun müddətdir ki, bu mərhələdə oynamır. Bu komandada oynadığıma görə çox xoşbəxtəm. Biz çətin anlarda belə həmişə birlikdəyik. Amma daha çox qalib gələndə bunu birlikdə qeyd edirik. Gözəl komandamız var".
Çempionlar Liqasının yarımfinal mərhələsinin "Milan" - "İnter" görüşü bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq. 37 yaşlı forvard 2021-ci ildə "Roma"dan "İnter"ə keçib.
saytlarin hazirlanmasi