Macarıstanın "Ferensvaroş" klubunun baş məşqçisi Stanislav Çerçesov vaxtından əvvəl ölkə çempionu olan komandası haqda danışarkən Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki uğursuzluğu xatırlayıb.
Sportal.az xəbər verir ki, "Чемпионат" portalına danışan rusiyalı mütəxəssis “Qarabağ”a (1:1, 1:3) məğlubiyyət haqda bunları deyib:
“Əgər ilk oyundan son matça kimi bütün futbolçular düşərgədə olsaydı, nəticələr indi daha fərqli idi. Amma tənəzzül yaşadıq, bir ay uğursuz olduq və dəqiq səbəbləri də bilmirik. Burada zədələr, Avropa Liqasında mübarizəni dayandırdığımıza görə psixoloji zərbə də önəmli rol oynadı. Ümumiyyətlə, yenidən çempion olmağımızdan məmmunuq. "Ferensvaroş” 50 ildir ki, avrokuboklarda bu mərhələyə gəlib çıxa bilmirdi. Çempionlar Liqası uğrunda yenidən mübarizə aparacağımızdan razıyıq. Amma mən çox istəyirəm ki, oyun keyfiyyətimiz artsın və şansdan asılı olmayaq. “Qarabağ"la oyunun ilk 15 dəqiqəsində sözün əsl mənasında uğursuzluğa düçar olduq və bu, Çempionlar Liqasından uzaqlaşmağımız üçün kifayət etdi".
saytlarin hazirlanmasi