Konfrans Liqası: "Fiorentina" "Bazel"i, "Vest Hem" "AZ Alkmaar"ı qəbul edir

10:28 - 11 May 2023

Bu gün Konfrans Liqasında da yarımfinal mərhələsinin ilk matçları oynanılacaq. 

Sportal.az xəbər verir ki, "Fiorentina" İtaliyada "Bazel"i qəbul edəcək. Niderlandın "AZ Alkmaar" klubu isə "Vest Hem"in qonağı olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Tərəflər arasında cavab matçları mayın 18-də keçiriləcək. 

Konfrans Liqası

11 may

23:00. "Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə)

23:00. "Vest Hem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland)

Xəbər xətti