“Milan”ın sabiq futbolçusu Massimo Ambrozini “rossonyerlər”in Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”ə qarşı ilk görüşündəki 0:2 hesablı məğlubiyyətini şərh edib.
Sportal.az “Prime Video”ya istinadən xəbər verir ki, italiyalı veteran ilk oyundakı məğlubiyyətə baxmayaraq, "Milan"ın şanslarını saxladığını bildirib:
"İnter” ilk hissədəki yüksək intensivlik sayəsində layiqli qələbə qazandı. Fasilədən sonra “Milan” oyunu daha balanslı keçirsə də, kifayət qədər şans yaratmadılar. Rafael Leaonun yoxluğu çox hiss olunurdu. İstənilən halda, “Milan”ın şansı yenə qalıb. “İnter” üçüncü qolu vursaydı, hər şey bitəcəkdi”.
saytlarin hazirlanmasi