UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşlərini idarə edəcək hakimlər briqadası bəlli olub.
Sportal.az xəbər verir ki, mayın 16-da keçiriləcək "İnter" - "Milan" və “Mançester Siti” – “Real” görüşünü fransalı və polşalı hakimlər idarə edəcək.
16 may
“İnter” – “Milan”
Baş hakim: Klement Turpin
Köməkçi hakimlər: Nikolas Dano və Benjamin Paj Dördüncü hakim: Stefani Frappart
VAR: Jerom Brisar
AVAR: Benua Miyo
17 may
"Mançester Siti" - "Real"
Baş hakim: Şimon Marçinyak
Köməkçi hakimlər: Pavel Sokolniçki, Tomaş Listkeviç Dördüncü hakim: İştvan Kovaç
VAR: Tomaş Kvyatkovski
AVAR: Bartoş Frankovski