"Milan" Çempionlar Liqası yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "İnter"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Stefano Pioli açıqlama verib. 57 yaşlı mütəxəssis rəqibin səhvlərindən yararlanmağa çalışacaqlarını bildirib:
"Komandadakı futbolçuların gözləri mənə ən yaxşı səkildə hazırlaşdıqlarını deyir. İlk matçla müqayisədə daha yaxşısını edib qələbə qazanmalıyıq. Məqsədimiz heç kimin təxmin etmədiyi formada finala yüksələcək bir nəticə ilə qələbə qazanmaqdır. "İnter" güclü komandadır. İndi ikinci hissəyə başlayırıq. Keyfiyyəti yüksəltməyimiz vacibdir. Rəqibin səhvlərindən yararlanmağa çalışmalıyıq. Çünki, onlar səhv edirlər".
Qeyd edək ki, "Milan" ilk oyunda "İnter"ə 0:2 hesabı ilə məğlub olub. Cavab qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.
saytlarin hazirlanmasi