"Bayer"in (Leverkuzen) yarımmüdafiəçisi Kərəm Dəmirbay Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında (0:0) "Roma"nın nümayiş etdirdiyi oyunu tənqid edib.
Sportal.az xəbər verir ki, "RTL"ə danışan Almaniya millisinin futbolçusu finala vəsiqə qazanan "canavarlar" barədə bunu deyib:
"Bu qədər yüksək səviyyədə keçirilən yarımfinalda bu cür oyun tərzinin uğur gətirməsi təəssüf doğurur. "Roma" çox çirkin futbol oynadı".
İtaliya klubu "Bayer"ə qarşı keçirilmiş ikinci görüşdə cəmi bir dəfə zərbə endirə bilsə də, ilk oyundakı 1:0 hesablı qələbə sayəsində finala vəsiqə qazanıb.Həlledici görüş mayın 31-də “Sevilya”ya qarşı Macarıstanın paytaxtı Budapeştdəki “Ferents Puşkaş” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Demirbay Türkiyənin U-21 yığmasında oynadıqdan sonra Almaniya millisini seçmiş və iki oyunda meydana çıxmışdı.
saytlarin hazirlanmasi