"Neftçi" və "Sabah" üçün potensial rəqiblər: "Lex" və "Makkabi" yenidən Bakıya gələ bilər

16:34 - 20 May 2023

Azərbaycan klublarının Konfransları Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşməkdədir.

Sportal.az xəbər verir ki, hazırda Azərbaycandan iki klub - "Sabah" və "Neftçi"nin avrokuboklarda mübarizə aparacağı müəyyənləşib. Ölkəmizi Konfrans Liqasında təmsil edəcək üçüncü komanda isə ya “Qəbələ”, ya da “Zirə” olacaq. Püşkatma zamanı Azərbaycan klublarından yalnız “Neftçi” səpilmişlər sırasında yer alacaq. 

Hazırda "Neftçi"nin 43 potensial rəqibindən 9-u artıq məlumdur: "Hammarbü" (İsveç), "Kalmar" (İsveç), "Kauno Jalqris" (Litva), "Poqon" (Polşa), "Zalaeqerzeq" (Macarıstan), "Keşkemet” (Macarıstan), "Ordabası" (Qazaxıstan), "Aktobe" (Qazaxıstan), "Auda" (Latviya).

“Sabah” və eyni zamanda ölkəmizin bu turnirdəki üçüncü təmsilçisinin 44 potensial rəqibindən isə 11-i bəllidir: “Brügge” (Belçika), “Makkabi” (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Bude- Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel Beer-Şava”(İsrail), “Yurqarden” (İsveç), “Legia” (Polşa), “Rusenborq” (Norveç), “Spartak Trnava” (Slovakiya), KuPS (Finlandiya). Həmçinin, “Aris” (Yunanıstan) və “Voyvodina” (Serbiya) klublarının səbətləri naməlum olaraq qalır. 

Hazırda 62 iştirakçıdan 42-nin bəlli olduğu 1-ci təsnifat mərhələsinin nəticələrinə əsasən daha 31 komanda müəyyənləşəcək.

Xatırladaq ki, ikinci turun püşkatma mərasimi iyunun 21-də, qarşılaşmalar isə iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Əlavə edək ki, "Lex" 2022/2023 mövsümündə ÇL-in ikinci təsnifat mərhələsində "Qarabağ"la(1:0, 1:5), "Makkabi"(Tel-Əviv) isə Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Zirə" ilə (3:0, 0:0) qarşılaşmışdı.

Mirbağırağa

Xəbər xətti