Avropa Liqasının final matçının hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, oyunu İngiltərədən olan ədalət təmsilçiləri idarə edəcək. Matçın baş hakimi Entoni Teylor olacaq. Ona yan xətt hakimləri Qari Besvik və Adam Nunn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Stüart Burt yerinə yetirəcək.
Qeyd edək ki, Avropa Liqasının final görüşündə İtaliyanın "Roma" klubu ilə İspaniyanın "Sevilya" klubu üz-üzə gələcək. Qarşılaşma 31 may tarixində Macarıstandakı “Puşkaş Arena”da keçiriləcək.
saytlarin hazirlanmasi