"Qəbələ"də 100-cü oyununa çıxdı

09:50 - 26 May 2023

"Qəbələ"nin futbolçusu Rövlan Muradov Premyer Liqada 100-cü oyununu keçirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yubileyi 35-ci turun "Şamaxı" ilə matçına təsadüf edib.

Meydana start heyətində çıxan futbolçu ölkə çempionatında 100-cü dəfə şans qazanıb. Premyer Liqada yalnız “Qəbələ” forması geyinən Muradov bu matçlarda 10 qol vurub.

Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Rövlan Premyer Liqada “qırmızı-qara” forma ilə 100 və daha çox matç keçirən 8-ci oyunçudur.

Xatırladaq ki, “Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Xəbər xətti