"Roma" Avropa Liqasının final görüşündə "Sevilya" ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki. həlledici oyun ərəfəsində İtaliya klubunun aparıcı oyunçusu komandaya qoşulub. Belə ki, bir müddətdir zədə səbəbindən kollektivdən uzaq qalan Paulo Dibala sağalıb. Argentinalı gücumçu finalda oynamağa hazırdır.
Paulo Dibala "Roma"ya mövsümün əvvəlində keçib. 29 yaşlı forvard paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 36 matçda 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da Macarıstanın oaytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
saytlarin hazirlanmasi