"Qarabağ"ın yeni transferi keçmiş komandası ilə sağollaşdı - FOTO

15:42 - 2 İyun 2023

"Qarabağ"ın yeni transferi Hamidu Keyta sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. Sportal.az xəbər verir ki, seneqallı instaqram hesabında "Zirə" haqda xoş sözlər yazıb və komandanın baş məşqçisi Rəşad Sadıqovun adını xüsusi qeyd edib:

"Zirə"dəki bütün qardaşlarıma, personala, həkim heyətinə, adminstratora, komanda yoldaşlarıma, "Qartal14" azarkeş qrupuna minnətdaram. Sizə ürəkdən təşəkkür edib, gələcəkdə uğurlar arzulayıram (R.S❤)".


 

Xəbər xətti