Azərbaycan klublarının Konfransları Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşməkdədir.
Sportal.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”dən yalnız ikincilər səpələnməmişlər sırasında olacaq. “Sabah” və “Qəbələ”nin növbəti potensial rəqibi də müəyyənləşib. Belə ki, “Midtyulland” da təmsilçilərimizdən birinə rəqib ola bilər. Beləliklə, hazırda 44 potensial rəqibdən 28-i bəllidir:
"Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbaxça” (Türkiyə), “ÇFR Kluj” (Rumıniya), “Midtyulland” (Danimarka), PAOK (Yunanıstan) , “Makkabi” (Tel-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Bodo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Kipr), “Beşiktaş” (Türkiyə), ÇSKA (Sofiya, Bolqarıstan), “Riyeka” (Xorvatiya), “Vitoriya” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legia” (Polşa), “Rosenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Kipr), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya) ), “Osiyek” (Xorvatiya), “Harts” (Şotlandiya), "Aris" (Yunanıstan).
KL-dəki digər təmsilçimiz olan "Neftçi"yə gəlincə, 43 potensial rəqibdən hələ ki, cəmi 24-ü məlumdur: “Petrokub” (Moldova), “Drita” (Kosovo), “Voyvodina” (Serbiya), “Luzern” (İsveçrə), “Vorskla” (Ukrayna), "Bohemians" (Çexiya), "Orhus" " (Danimarka), "Beytar" (Yerusəlim, İsrail), "Hammarbü" (İsveç), "Kalmar" (İsveç), "Kauno Jalqris” (Litva), “Poqon” (Polşa), “Debretsen” (Macarıstan), “Zalaeqerszeq” (Macarıstan) , “Keşkemet” (Macarıstan), “Şepsi” (Rumıniya), “Boraç” (Bosniya və Herseqovina), ÇSKA 1948 (Bolqarıstan), "Ordabası" (Qazaxıstan), "Aktobe" (Qazaxıstan), "Çelye" (Sloveniya), "Auda" ( Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo-BelAZ” (Belarus).
Həmçinin, Türkiyədən daha bir təmsilçisinin, eləcə də 1-ci turun bir qalibinin adı məlum deyil. Onlar da bəlli olduqdan sonra, təsnifat mərhələsindəki 62 komandanın hər biri bilinəcək. İkinci turun püşkatma mərasimi iyunun 21-də, matçlar isə iyulun 27-də və avqustun 3-də keçiriləcək.
saytlarin hazirlanmasi