Finlandiyanın HİK klubu Avropa Liqası III təsnifat mərhələsinin ilk oyununda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Helsinki təmsilçisinin baş məşqçisi Toni Korkeakunnas matçdan sonra klubun rəsmi saytına açıqlama verib. 53 yaşlı mütəxəssis sona qədər müdafiə oluna bilmədiklərini bildirib:
"Matça yavaş başladıq və passiv idik. Lakin oyunumuzu tez bir zamanda düzəldə bildik. Xüsusilə ikinci hissədə oyuna yaxşı daxil olduq. Matç irəlilədikcə cəsarətimiz artdı və biz onların təzyiqini qıra bildik. Daha yaxşı nəticə əldə edə bilərdik. Komanda yaxşı mübarizə apardı oyunumuz hər zaman yaxşılaşır.
“Qarabağ”ın hər iki qolunda sanki yuxulamışdıq. Sona qədər lazımınca müdafiə oluna bilmədik. Bu səviyyəli komandalar isə ani diqqətsizlikdən çox yaxşı istifadə edirlər.
Oyunumuz mənə gördüyümüz işləri davam etdirə biləcəyimizə daha çox inam verdi. Əsas odur ki, bizim şücaətimiz artır. Oyunumuz daha çox hədəflədiyimiz kimi görünməyə başlayır. Hər şey hələ də açıqdır, heç nə həll olunmayıb".
saytlarin hazirlanmasi