Murad Musayev: "Bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik"

09:28 - 18 Avqust 2023

"Sabah" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşündə "Partizan"a məğlub olaraq turnirlə vidalaşıb.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev açıqlama verib:

"Rəqib böyük təcrübəyə malik komandadır. Onlara meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. Böyük qüvvə ilə irəli atılmışdılar. Bu da bizə sürətli əks-hücumlara çıxmaq üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. İkinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi. Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox futbolçunun ilk avrokubok təcrübəsi idi. "Partizan"ı növbəti mərhələyə adlaması münasibəti ilə təbrik edirəm".

Xəbər xətti