UEFA Türkiyənin "Fənərbaxça" klubunu Avropa Konfrans Liqası III təsnifat mərhələsinin "Maribor"la oyununa görə cəzalandırıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi avrokubokların bir səfər oyununda azarkeş dəstəyindən məhrum olacaq. Bundan əlavə Türkiyə klubu 30 min avro cərimələnib.
"Fənərbaxça" həmçinin "Maribor"un stadionuna dəyən zərərə görə Sloveniya klubunun tələb etdiyi məbləği ödəyəcək.
"Maribor" - "Fənərbaxça" matçı zamanı iki komandanın azarkeşləri arasında qarşıdırma baş vermişdi. Türk azarkeşlər stadionun tribunalarını qırıb, meydana kənar əşyalar atmışdı.
Qeyd edək ki, "Fənərbaxça" Avropa Konfrans Liqasında növbəti oyununu "Tvente"yə qarşı keçirəcək. Cəza məhz Niderland səfərinə aid edilib.
saytlarin hazirlanmasi