"Qarabağ"ın oyunu niyə canlı yayımlanmır? - AÇIQLAMA

22:57 - 24 Avqust 2023

"Qarabağ"ın Avropa Liqası pley-off nmərhələsinin "Olimpiya" ilə səfər oyunu canlı yayımlanmır.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı açıqlama yayıb. Bildirilib ki, matçın yayımlanmamasının məsuliyyəti "İdman Azərbaycan" kanalının üzərindədir:

"Hörmətli azarkeşlər!

“Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürmüşdür. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlandıra bilmir.

Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır".

Xəbər xətti