Sloveniyanın "Olimpiya" klubu Avropa Liqası pley-off mərhələsinin ilk oyununda doğma meydanda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Lyublyana təmsilçisinin baş məşqçisi Joao Enrike matçdan sonra açıqlama verib. Portuqaliyalı mütəxəssis hakimlikdən narazı qaldığını bildirib:
"Məyusuq, amma vəziyyəti bərabərləşdirməyə özümüzü inandırmışıq. Oyundan əvvəl dedik ki, fərdi və kollektiv keyfiyyətə malik komandaya qarşı oynayacağıq. Bunu matçda da gördük, amma detallar həlledici idi. İlk böyük şans qazanan tərəf biz olduq. Bu səviyyədə səhvlər cəzalandırılır. Statistik göstəricilər bərabərdir, yeganə fərq nəticə ilə bağlıdır. Hələ bitməyib”.
Hakimliklə bağlı bəxtimiz gətirmədi. Ədalətli deyildi, bizə vərəqələr verirdi, qonaqlarla daha ehtiyatlı davranırdı. Amma belədir, Avropada tanınmış komandalar daha çox qorunur. Bu da normaldır".
saytlarin hazirlanmasi