Sloveniyanın "Olimpiya" klubu Avropa Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Lyublayana təmsilçisinin baş məşqçisi Joao Enrike bu gün saat 21:20-da jurnalistlərin qarşısına çıxmalı idi. Lakin portuqaliyalı mütəxəssisin mətbuat konfransı baş tutmayacaq. Klubun istəyi ilə tədbir ləğv olunub.
Qeyd edək ki, "Qarabağ"la "Olimpiya" arasında Sloventiyada baş tutan ilk oyun Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab qarşılaşması sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi