Sloveniyanın "Olimpiya" klubu Avropa Liqası pley-off mərhələsinin oyununda Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Lyublyana təmsilçisinin baş məşqçisi Joao Enrike matçdan sonra keçirilən mətbuat konfransında iştirak etməyib. Portuqaliyalı mütəxəssis jurnalistlərin qarşısına çıxmaqdan imtina edib.
Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə əsasən, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Olimpiya" isə mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.
saytlarin hazirlanmasi