PSJ və İtaliya milli komandasının sabiq qolkiperi Salvatore Siriqu "Nitsa"ya keçməyə hazırlaşır.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 36 yaşlı qolkiperlə bir illik müqavilə təklif edib.
Karyerası ərzində "Palermo","Sevilya", "Osasuna", "Torino", "Cenoa", "Napoli"nin qapısını qorumuş Siriqu son dəfə "Fiorentina"ya məxsus idi.
Yaxın günlərdə italiyalı qapıçının Fransaya yollanacağı gözlənilir.
saytlarin hazirlanmasi