Türkiyə klubu ilə müqavilə imzalayan forvard millimizin düşərgəsinə qoşuldu

11:18 - 7 Sentyabr 2023

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Bakıya qayıdıb.

Sportal.az saytına verilən məlumata görə, forvard artıq yığma komandamızın düşərgəsindədir.Dadaşov tibbi müayinədən keçmək və cari mövsümün sonuna qədər “Hatayspor”la icarə müqaviləsi bağlamaq üçün Türkiyəyə yollanmışdı.

O, millinin dünən axşamki məşqində iştirak edib.24 yaşlı forvard “Qrasshopper”ə məxsus olsa da, mövsümün sonuna qədər icarə əsasında “Hatayspor”da çıxış edəcək. Qeyd edək ki, Renat 2025-ci il iyunun 30-na qədər İsveçrə klubuna məxsus olacaq.

Xəbər xətti