Canni De Byazi: "Tərcüməçim Lukakunun Bakıya gəlişinə sevinir"

11:51 - 7 Sentyabr 2023

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Biazi İtaliyanın “Sky Sport” telekanalına müsahibə verib.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis tərcüməçisisinin Belçika yığmasının hücumçusu Romelu Lukakunun AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəyi oyun üçün Bakıya gəlişini səbirsizliklə gözlədiyini deyib:

"Düşünürəm ki, Lukaku AVRO-2024-ün seçmə mərhələsinin oyununda əvvəldən meydanda olacaq. Tərcüməçim “Roma”nın azarkeşidir. O, Lukakunun Bakıya gəlişinə sevinir".

Xatırladaq ki, Azərbaycan - Belçika oyunu sentyabrın 9-da "Dalğa Arena" stadionunda keçiriləcək və saat 17:00-da başlayacaq.

Xəbər xətti