Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
01.09.2023-cü il tarixində Misli Premyer Liqasının V turunun “Sabah” – “Turan Tovuz” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);
02.09.2023-cü il tarixində Misli Premyer Liqasının V turunun “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
02.09.2023-cü il tarixində Misli Premyer Liqasının V turunun “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 53.2);
02.09.2023-cü il tarixində Misli Premyer Liqasının V turunun “Qəbələ” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zirə” klubu 700 manat cərimə edilir (maddə 37);
03.09.2023-cü il tarixində Misli Premyer Liqasının V turunun “Kəpəz” – “Araz-Naxçıvan” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
03.09.2023-cü il tarixində Misli Premyer Liqasının V turunun “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2)
saytlarin hazirlanmasi