Misli Premyer Liqasında 5 tur geridə qalsa da, "Sabah"ın futbolçusu Kristian Sebalyos hələ ki, 2023/2024 mövsümündə debüt etməyib. Maraqlı orasındadır ki, Masazır klubu ispaniyalı legioneri bu mövsüm üçün PFL-ə sifariş etməyib. 30 yaşlı ispaniyalının meydana çıxmamasının və sifariş edilməməsinin nə əlaqədar olmasını öyrənmək üçün klubun mətbuat xidməti Elnur Həmidova müraciət etdik.
Sportal.az saytına açıqlama verən Həmidov məsələ ilə bağlı danışıb. O, ispaniyalı legionerin adının 2023/2024 mövsümü üçün sifariş edilməməsini bununla əlaqələndirib:
"Xeyr, Sebalyosla yollarımızı ayırmamışıq. Futbolçu bir müddətdir zədəsinin müalicəsi ilə məşğuldur. O, hazırda reabilitasiya keçir. Buna görə, hələ ki sifariş olunmayıb".
Qeyd edək ki, Sebalyosun "Sabah"la müqaviləsi 2024-cü il iyunun 30-na qədər qüvvədədir.
Mirbağırağa
saytlarin hazirlanmasi