"Qarabağ"ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Şurasına üzv seçilib.
Sportal.az xəbər verir bu barədə ECA-nın "X" sosial şəbəkə hesabında bildirilib.
Seçki qurumun Almaniyanın paytaxtı Berlində təşkil olunan Assambleyasında baş tutub. Əsgərov bunadək 2017-ci ildən işçi qrupunun üzvü, 2019-cu ildən isə katibi olub.
O, beynəlxalq futbol qurumlarının rəhbərliyində və qərarverici orqanında təmsil olunan ilk azərbaycanlıdır. 2008-ci ildə yaradılmış ECA UEFA tərəfindən tanınan yeganə klub təşkilatıdır.ECA-nın hazırki rəhbəri PSJ-nin sahibi Nasir Əl-Xəlaifidir
saytlarin hazirlanmasi