Belçika millisinin qapıçısı Koen Kastels AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan (9 sentyabr) və Estoniya (12 sentyabr) ilə keçiriləcək oyunda oynamaq şansları haqda danışıb.
Sportal.az “Het Nieuwsblad”a istinadən xəbər verir ki, belçikalı qolkiper Azərbaycanla görüşdə meydanda olacağına inandığını bildirib:
“Azərbaycan və Estoniyaya qarşı oynayacağımı güman edə bilərəm. Domeniko Tedeskonun əvvəllər Bundesliqada işlədiyini nəzərə alsaq, o, məni Roberto Martinesdən daha yaxşı tanıyır”.
Qeyd edək ki, Azərbaycan - Belçika matçı sentyabrın 9-da "Dalğa Arena" stadionunda keçiriləcək və saat 17:00-da başlayacaq.
saytlarin hazirlanmasi