AFFA "Şəfa"nın baş məşqçisini cəzalandırdı, klubu cərimələdi

15:30 - 7 Sentyabr 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, II Liqanın ilk turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

04.09.2023-cü il tarixində II Liqanın I turunun “Füzuli” – “Cəbrayıl” oyununda  “Füzuli” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Füzuli” komandası 70 manat cərimə edilir (maddə 37);

04.09.2023-cü il tarixində II Liqanın I turunun “Füzuli” – “Cəbrayıl” oyununda  “Cəbrayıl” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilir (maddə 37);

04.09.2023-cü il tarixində II Liqanın I turunun “Baku Sportinq” – “Şəfa” oyununda “Şəfa” klubunun baş məşqçisi Tural Rzayev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına, bundan sonra hakimə sözlə təzyiq etdiyinə görə 2 oyun cəzalanır, “Şəfa” klubu 100 manat cərimə edilir (maddə 44.5);

04.09.2023-cü il tarixində II Liqanın I turunun “Ağdaş” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun futbolçusu Salman Atluxanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilir (maddə 36.5).

Xəbər xətti