"Arsenal"ın futbolçusu Nikolya Pepe Türkiyədə oynayacaq.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, futbolçunun "Beşiktaş"a keçidi gözlənilsə də, o, "Trabzonspor"la anlaşıb.
Pepe Qaradəniz klubunda icarə əsasında oynayacaq.
28 yaşlı futbolçu dünən Türkiyəyə yollanıb. Pepe 2023/2024 mövsümünü "Trabzonspor"da keçirəcək. Fransalı son mövsümü icarə əsasında "Nitsa"da oynamışdı.
saytlarin hazirlanmasi