"Fənərbaxça" "Dinamo"nun daha bir futbolçusunu transfer etmək üçün danışıqlara başlayıb.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, ötən ay Zaqreb klubunun və Xorvatiya millisinin əsas qapıçısı Dominik Livakoviçi heyətinə qatmış "Fənər" bu dəfə Yosip Misiçə görə hərəkətə keçib.
Tərəflər arasında danışıqlar davam edir.
Misiçin İstanbul klubunda oynamağa müsbət yanaşdığı iddia edilir.
Xorvatiya millisinin də üzvü olan müdafiəçi "Osiyek", "Riyeka", "Spetsiya", "Sportinq", PAOK klublarında oynadıqdan sonra 2020-ci ildə "Dinamo"ya keçib.
saytlarin hazirlanmasi