Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyədən geri qayıdıb.
Sportal.az saytına verilən məlumata görə, 29 yaşlı qolkiper artıq millinin düşərgəsindədir.
O, dünən Türkiyəyə yollanıb və "Adana Demirspor"la rəsmi müqavilə imzalayıb.
Bu gün Türkiyə Superliqa təmsilçisi transferini rəsmən açıqlayacaq.
Xatırladaq ki, Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da çıxış edirdi.
saytlarin hazirlanmasi