İdman Arbitraj Məhkəməsi (CAS) futbolçu Bəhlul Mustafazadənin transferi ilə bağlı "Sabah" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubu arasında olan mübahisəli məsələylə bağlı qərar verib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, CAS “Əl-Əyn”in şikayətini təmin etməyərək, FİFA-nın daha öncə təmsilçimizin xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.
Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən Bəhlul Mustafazadənin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah” FK-ya ödəməli olması qeyd edilib.
saytlarin hazirlanmasi