İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi “Birmingem”ə rəhbərlik edə bilər.
Sportal.az “The Telegraph”a istinadən xəbər verir ki, adıçəkilən klub Con Yustasenin rəhbərliyi altında bu mövsüm Çempionşipdə heç bir matçda uduzmayıb.
Amma klubun yeni sahibləri komandaya daha tanınmış məşqçi dəvət etmək istəyib.
Hazırda Runi ilə danışıqlar davam edir. O, "Derbi"də işlədikdən sonra "Di Si Yunayted"ə keçmişdi və indi də MLS klubunda işləyir.
saytlarin hazirlanmasi